AZ

Samuele İnasio “Borussiya” ilə yeni müqavilə imzaladı – ARENA.AZ

Dortmund “Borussiya”nın italiyalı hücumameyilli yarımmüdafiəçisi Samuele İnasio Almaniya klubu ilə yeni müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 18 yaşlı futbolçu 2029-cu ilin 30 iyununadək bu komandanın uğurları üçün çalışmağa davam edəcək.

Samuele İnasio İtaliyanın “Atalanta” klubunun yetirməsidir. O, 2024-cü ilin yayında “Borussiya”nın akademiyasına qoşulub. 18 yaşlı futbolçu bu mövsüm əsas komandaya cəlb edilib. O, Dortmund təmsilçisinin əsas komandasında 7 oyuna çıxıb, 1 qola imza atıb.

İtaliyanın U-15, U-16, U-17, U-18 yığmalarında da oynamış İnasio hazırda U-19-da forma geyinir.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
13
6
arena.az

10Mənbələr