Futbol üzrə İngiltərə Premyer Liqasının sonuncu qalibi olan “Liverpul”un baş məşqçisi Arne Slot sözügedən klubun tarixində antirekorda imza atıb.
Arena.az xəbər verir ki, sözügedən komanda İngiltərə Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 37-ci turunda “Aston Villa”ya 2:4 hesabı ilə məğlub olub.
Bu, “Liverpul”un cari mövsümdə bütün yarışlarda 20-ci məğlubiyyətidir. Beləliklə, baş məşqçi Arne Slot klub tarixində 20 və ya daha çox matçda uduzan ilk mütəxəssis olub. Bu sıralamada ən pis nəticə üzrə əvvəlki rekord həm 2004/2005, həm də 2009/2010-cu illər mövsümlərində “Liverpul”la 19 matçda məğlub olan ispan məşqçi Rafael Benitesə məxsus idi .
Ümumilikdə, “Liverpul” cari mövsümdə Premyer Liqada 12, UEFA Çempionlar Liqasında 5, İngiltərə Federasiya Kubokunda və İngiltərə Liqa Kubokunda 1 dəfə məğlubiyyət üzü görüb.
