Futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün 27-ci turunun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
27-ci turun görüşləri iki günü əhatə edəcək. Mayın 21-də üç görüş baş tutacaq. Qalan iki oyun isə ayın 22-nə təsadüf edəcək.
Birinci Liqa
27-ci tur
21 may
“Zaqatala” – “Şəfa”
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 16:00.
MOİK – “Difai”
Binə qəsəbə stadionu, 17:00.
“Cəbrayıl” – “Şimal”
Şamaxı Olimpiya İdman Kopleksinin stadionu, 17:00.
22 may
“Şahdağ Qusar” – “Baku Sportinq”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Mingəçevir” – “Səbail”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00.
⇧
