AZ

Bu gün son çempion "Sabah" mükafatlandırılacaq

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək.

"Zirə" Zirə İdman Kompleksinin stadionunda "Sumqayıt"ı, "Sabah" isə "Bank Respublika Arena"da "Neftçi"ni qəbul edəcək.

Hər iki matç saat 18:00-da başlayacaq. "Sabah" - "Neftçi" görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya kubok təqdim olunacaq.
 

Turnir cədvəlinə 75 xalla "Sabah" başçılıq edir. 53 xalı olan "Neftçi" dördüncü, 50 xala malik "Zirə" isə beşincidir. Yeddinci pillədə qərarlaşan "Sumqayıt"ın isə 41 xalı var.


Xatırladaq ki, turun əvvəlki keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.

Bizim.Media

Seçilən
18
7
bizim.media

10Mənbələr