AZ

Bu gün son çempion Sabah mükafatlandırılacaq

ain.az bildirir, Bizim media portalına istinadən.

Bu gün Misli Premyer Liqasında XXXII tura yekun vurulacaq.Bizim.Media xəbər verir ki, son oyun günündə daha 2 qarşılaşma keçiriləcək."Zirə" Zirə İdman Kompleksinin stadionunda "Sumqayıt"ı, "Sabah" isə "Bank Respublika Arena"da "Neftçi"ni qəbul edəcək.Hər iki matç saat 18:00-da başlayacaq. "Sabah" - "Neftçi" görüşü başa çatdıqdan sonra son ölkə çempionu olan Masazır kollektivinin futbolçuları mükafatlandırılacaq, komandaya kubok təqdim olunacaq.

 

Turnir cədvəlinə 75 xalla "Sabah" başçılıq edir. 53 xalı olan "Neftçi" dördüncü, 50 xala malik "Zirə" isə beşincidir. Yeddinci pillədə qərarlaşan "Sumqayıt"ın isə 41 xalı var.

Xatırladaq ki, turun əvvəlki keçirilən görüşlərində "Araz-Naxçıvan" "Kəpəz"i (2:0), "Qəbələ" "Karvan-Yevlax"ı (2:1), "Qarabağ" "İmişli"ni (3:0), "Şamaxı" "Turan Tovuz"u (3:2) məğlub edib. XXXII tura mayın 17-də yekun vurulacaq.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
7
bizim.media

10Mənbələr