AZ

"Sabah" - "Neftçi" oyununa nə qədər bilet satılıb?

Premyer-liqanın 32-ci turu çərçivəsində keçiriləcək “Sabah” – “Neftçi” oyununa bilet satışı davam edir.

"Football-plus.az" xəbər verir ki, artıq bu görüşə 4 min bilet satılıb. Bu barədə “Sabah”ın mətbuat xidməti məlumat yayıb.

Bu qarşılaşmada futbol ab-havasını yaşamaqla yanaşı, sizi bir-birindən maraqlı sürprizlər də gözləyir. Belə ki, oyunu stadiondan izləyən iki azarkeş “Sabah”, “Bank Respublika” və “Azərlotereya”nın dəstəyi ilə komandanın Çempionlar Liqasındakı ilk səfər oyununa yollanmaq şansı qazanacaq. Matçdan sonra 2025/26 mövsümünün çempionu olan “Sabah”a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək. Qarşılaşmadan 2 saat öncə azarkeşlər üçün hədiyyəli fan zona fəaliyyət göstərəcək. Oyundan sonra tanınmış “Qara Dərviş” qrupunun iştirakı ilə möhtəşəm şou proqram keçiriləcək.

32-ci tur çərçivəsində baş tutacaq oyun bu gün, saat 18.00-da “Bank Respublika Arena”da keçiriləcək.

Biletləri onlayn olaraq https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk26, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

O da qeyd edilir ki, oyun günü stadionun qarşısındakı avtomobil yolunda təhlükəsizlik səbəbilə hərəkətə məhdudiyyət tətbiq olunacaq. Oyunda yerinizi rahat şəkildə tutmaq üçün stadiona matçdan 2 saat əvvəl gəlməyiniz xahiş olunur.

Seçilən
20
3
football-plus.az

10Mənbələr