Bolqarıstan çempionatında “Konfrans Liqası qrupu”nun 35-ci turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” doğma meydanda “Lokomotiv” (Plovdiv) klubunu 4:0 hesabı ilə məğlub edib.
Hüseynov görüşə start heyətində çıxıb və sonadək meydanda olub. O, 51-ci dəqiqəfə komandasının 4-cü qolunu vurub. Müdafiəçi 48-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu, Cəlal Hüseynovun ardıcıl iki oyunda vurduğu üçüncü qol olub. O, bundan əvvəl komandasının “Botev”ə qalib gəldiyi (2:0) matçda komandasının hər iki qolunu vurub.
Beləliklə, bu, onun cari Bolqarıstan çempionatında 3-cü qoludur.
Hazırda “Arda” 51 xalla ümumi turnir cədvəlində 7-ci, çempionatın Konfrans Liqasına vəsiqə uğrunda mübarizə aparan qrupunda isə 3-cü pillədə qərarlaşıb.