Xəbər verdiyimiz kimi, "Arzum" ləqəbli bloger İlduzə Hacıyeva Elmar qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Belə ki, bloger yol qəzasında bir nəfərin ölümü və 1 nəfərin isə xəsarət almasında təqsirləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal" qəzada həyatını itirən 1996-cı il təvəllüdlü Amal Məlikovun və ağır xəsarət alan onun həyat yoldaşı Sənubər Muradovanın fotolarını əldə edib.
Həmin fotoları oxucularımıza təqdim edirik:
Qeyd edək ki, blogerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.