AZ

Bloger Arzumun təqsirləndirildiyi yol qəzasında ölən və xəsarət alan cütlük FOTOLAR

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, "Arzum" ləqəbli bloger İlduzə Hacıyeva Elmar qızının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.  Belə ki, bloger yol qəzasında bir nəfərin ölümü və 1 nəfərin isə xəsarət almasında təqsirləndirilir. 

"Unikal" qəzada həyatını itirən 1996-cı il təvəllüdlü Amal Məlikovun və ağır xəsarət alan onun həyat yoldaşı Sənubər Muradovanın fotolarını əldə edib.

Həmin fotoları oxucularımıza təqdim edirik:

Qeyd edək ki, blogerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb. 

Orxan Rasifoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
2
unikal.az

3Mənbələr