Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Həsən Çavuşoğlu 12 gün əvvəl məruz qaldığı silahlı hücumdan sonra dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, H. Çavuşoğlu Alanya rayonunda yerləşən bir yanacaqdoldurma məntəqəsindəki ofisində baş verən atışma nəticəsində yaralanmışdı.
O, dərhal xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunmuş və reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Hadisə baş verən zaman xaricdə olan qardaşı Mövlud Çavuşoğlu isə səfərini təcili şəkildə yarımçıq qoyaraq Türkiyəyə geri dönmüşdü.
Musavat.com