Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğlu müalicə aldığı xəstəxanada vəfat edib.
BAKU.WS-in məlumatına görə, bu barədə NTV telekanalı xəbər yayıb.
Qeyd edək ki, Aydın Çavuşoğlu eyni zamanda "Alanyaspor" klubunun prezidenti Həsən Çavuşoğlunun da qardaşı idi.
Məlumata əsasən, o, mayın 5-də Antalyanın Alanya rayonunda özünə məxsus yanacaqdoldurma məntəqəsinin ofisində silahla yaralanmış vəziyyətdə aşkarlanmışdı.
Aydın Çavuşoğlu xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.