AZ

Axios: Tramp və Netanyahu İran məsələsini müzakirə ediblər...

ABŞ və İsrail liderlərinin söhbətində regional təhlükəsizlik məsələlərinin ön plana çıxdığı bildirilir...

ABŞ Prezidenti Donald Trump ilə İsrailin baş naziri Benjamin Netanyahu arasında telefon danışığı baş tutub.

Poliqon xəbər verir ki, bu barədə “Axios” nəşrinin jurnalisti Barak Ravid məlumat yayıb.

Jurnalistin sosial şəbəkədə paylaşdığı məlumata görə, tərəflər danışıq zamanı İran məsələsini müzakirə ediblər. Məlumat İsrail rəsmisinə istinadən təqdim olunub.

Barak Ravidin bildirdiyinə görə, Donald Tramp telefon danışığında Benyamin Netanyahu ilə İran ətrafında yaranmış vəziyyət və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıb. Bununla belə, israilli mənbə söhbətin detalları barədə əlavə məlumat verməyib.

Müşahidəçilər hesab edirlər ki, Vaşinqton və Təl-Əviv arasında İranla bağlı intensiv məsləhətləşmələrin davam etməsi regionda gərginliyin yüksək səviyyədə qaldığını göstərir. Xüsusilə son aylarda İranın nüvə proqramı, Yaxın Şərqdə hərbi balans və enerji təhlükəsizliyi məsələləri ABŞ–İsrail münasibətlərində əsas gündəm mövzularından biri olaraq qalır.

Qeyd olunur ki, son günlər ABŞ administrasiyası İranla bağlı bir sıra təhlükəsizlik iclasları keçirib. Daha əvvəl Amerika mediası Donald Trampın milli təhlükəsizlik komandası ilə İran istiqamətində mümkün addımları müzakirə etdiyini yazmışdı.

Analitiklər bildirirlər ki, ABŞ və İsrail arasında İran məsələsində koordinasiyanın güclənməsi regionda siyasi və hərbi proseslərə ciddi təsir göstərə bilər.

Poliqon.info

Seçilən
29
50
poliqon.info

10Mənbələr