ABŞ Prezidenti Donald Tramp İranı növbəti dəfə təhdid edərək tez bir zamanda ciddi addımlar atmağa çağırıb.
Ölkə.az xəbər verir ki, bununla bağlı Tramp “Truth Social” sosial media hesabında yeni paylaşım edib.
"İran üçün vaxt tükənir, onlar çox sürətli hərəkət etməlidirlər, əks halda onlardan heç nə qalmayacaq. Zaman vacibdir", - Tramp yazıb.
Qeyd edək ki, Tramp bunu Netanyahu ilə görüşdən sonra bəyan edib.
Mürtəza