AZ

İlham Əliyev: Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirilib

Biz Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirməli olduq.

"Yeni Sabah" xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Bakıya gəldikdə bir neçə məqamı da qeyd etmək istərdim. Biz burada genişmiqyaslı ekoloji işlər həyata keçirməli olduq. Bakı dünyada ilk dəfə neftin hasil edildiyi şəhərdir. Bu, 1846-cı ildə baş verib. Lakin ötən 180 il ərzində demək olar ki, ətraf mühitin qorunmasına heç bir diqqət yetirilməyib. Nəticədə Bakı ciddi şəkildə çirklənmişdi. Əgər mən Bakının “Qara şəhər”, Bibiheybət və digər sənaye zonaları kimi ərazilərinin adını çəksəm, bu, xarici qonaqlar üçün çox şey ifadə etməyə bilər. Amma əgər bu məkanlara baş çəkmək və onların 20 il əvvəl necə göründüyünü əks etdirən video və ya fotolara baxmaq imkanınız olsa, bu gün Bakıda ekoloji cəhətdən təmiz mühitin yaradılması üçün hansı işlərin görüldüyünü aydın şəkildə görə bilərsiniz. Vaxtilə ciddi şəkildə çirkləndiyi üçün “Qara şəhər” adlandırılan ərazidə bu gün şəhərsalmanın nümunəsi olan “Ağ şəhər” salınıb. Bu, şəhər daxilində ayrıca bir şəhərdir. Dördpendirli pizza

Şəhərsalmanın digər nümunələrindən biri isə kurort şəhəri olan Sea Breeze Resortdur. Mən xüsusilə soyuq suda üzməyi sevən qonaqlara oranı ziyarət etməyi tövsiyə edirəm. Bu zalda belə insanlardan bəzilərinin olduğunu bilirəm. Oraya gedərək müasir şəhərsalmanın daha bir nümunəsini görə bilərsiniz. Son 20 il ərzində Bakıda 100 park, bağ və istirahət məkanı salmışıq, 19 park isə tamamilə yenidən qurulub. Ekoloji cəhətdən təmiz şəhərlər, ictimai nəqliyyata sürətli çıxış imkanları, mikromobillik infrastrukturu, metro sistemi və elektrik enerjisi ilə çalışan müasir avtobuslar — bütün bunlar paytaxt üçün vahid konsepsiya çərçivəsində həyata keçirilir. Bu yalnız paytaxtla məhdudlaşmır. Qeyd etdiyim kimi, Azərbaycanın bir çox bölgələrində şəhərsalma sürətlə inkişaf edir”, - dövlət başçısı qeyd edib.


Telegram kanalımız
Seçilən
0
9
yenisabah.az

10Mənbələr