AZ

Prezident İlham Əliyev: Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirilib

Biz Bakıda genişmiqyaslı ekoloji işlər həyata keçirməli olduq.

Aznews.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) açılış mərasimində Prezident İlham Əliyev bildirib.

“Bakıya gəldikdə bir neçə məqamı da qeyd etmək istərdim. Biz burada genişmiqyaslı ekoloji işlər həyata keçirməli olduq. Bakı dünyada ilk dəfə neftin hasil edildiyi şəhərdir. Bu, 1846-cı ildə baş verib. Lakin ötən 180 il ərzində demək olar ki, ətraf mühitin qorunmasına heç bir diqqət yetirilməyib. Nəticədə Bakı ciddi şəkildə çirklənmişdi. Əgər mən Bakının “Qara şəhər”, Bibiheybət və digər sənaye zonaları kimi ərazilərinin adını çəksəm, bu, xarici qonaqlar üçün çox şey ifadə etməyə bilər. Amma əgər bu məkanlara baş çəkmək və onların 20 il əvvəl necə göründüyünü əks etdirən video və ya fotolara baxmaq imkanınız olsa, bu gün Bakıda ekoloji cəhətdən təmiz mühitin yaradılması üçün hansı işlərin görüldüyünü aydın şəkildə görə bilərsiniz. Vaxtilə ciddi şəkildə çirkləndiyi üçün “Qara şəhər” adlandırılan ərazidə bu gün şəhərsalmanın nümunəsi olan “Ağ şəhər” salınıb. Bu, şəhər daxilində ayrıca bir şəhərdir.

Seçilən
0
9
aznews.az

10Mənbələr