AZ

Vaqif Qurbanovun "Milli Qəhrəman" medalı ailəsinə verilib

Mayın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Orsusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri şəhid Milli Qəhrəman Qurbanov Vaqif Bəxtiyar oğlunun ailə üzvləri ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə general-polkovnik Z. Həsənov Vətən uğrunda şəhid olanların xatirəsinin hər zaman uca tutulduğunu, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıqlarına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərilməsinin daim prioritet məsələ olduğunu xüsusi vurğulayıb.

Nazir Vətən müharibəsində qazanılan şanlı Zəfərdən bəhs edib, şəhidləriin döyüş meydanında göstərdikləri qəhrəmanlıq, şücaət və igidlik nümunələrindən qürurla danışıb.

Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə ilk hərbi təyyarəçi Qurbanov Vaqif Bəxtiyar oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamna əsasən ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif olunub.

Təltifolunma barədə sərəncam oxunduqdan sonra general-polkovnik Z. Həsənov şəhid qəhrəmanın ailə üzvünə “Qızıl Ulduz” medalı və vəsiqəsi təqdim edib.

Seçilən
13
16
anspress.com

10Mənbələr