BAKI, 19 may. TELEQRAF
Bu gün və bundan sonrakı günlərdə mənzil böhranı ilə bağlı aparılacaq müzakirələr öz nəticəsini verəcək.
Teleqraf xəbər verir ki, bunu BMT-nin icraçı direktoru Anaklaudiya Rossbax WUF13 çərçivəsində təşkil edilən "Qlobal Mənzil Böhranı: Plan nədir?" tədbirində deyib.
O bildirib ki, mənzil böhranı məsələsi qlobal böhrandır.
"Sistemi möhkəmləndirmək lazımdır. Ailələrin yarısı öz gəlirlərinin 3-də birindən çoxunu mənzil üçün xərcləyirlər. Bu əlçatamlıqdan uzaqdır. Bir çox ailələr hələ də problemli zonalarda yaşayır. 2050-ci ilə qədər dünya əhalisinin artacağı məlumdur. İnsanlar şəhərlərə gəlirlər. Bu inkişafın və artımın əsası şəhərlərdə yerləşir. Bu yumşaq keçid deyil. Urbanizasiyanın sürətli prosesidir. Biz buna hazır olmalıyıq. Öz gücümüzü artırmalıyıq", - o vurğulayıb