AZ

Anaklaudia Rossbax: “Binalar aşağı gəlirli insanlar üçün əlçatan olmalıdır”

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

“İnsanlar şəhərlərə köçür. Bu xəfif keçid deyil, urbanizasiyanin ən sürətli inkişafıdır. Biz buna hazır olmalıyıq. İnanıram ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dünyada mənzil böhranının həlli üçün bizə kömək edəcək”.Bizim.Media xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda WUF13 çərçivəsində keçirilən "Qlobal mənzil böhranı: plan nədir?" adlı panel müzakirəsində deyib.O bildirib ki, qeyri-formal yaşayış məntəqələri problemi öz həllini tapmalıdır:"Təbii ki, biz binalar tikməliyik. Bu binalar aşağı gəlirli insanlar üçün əlçatan və münasib olmalıdır. Qeyri-formal məskənlər milyonlarla insanı təmin edir. Amma bu, yaxşı deyil. Bu problemi həll etmək üçün layihələr var. Bir çox insan işi, imkanları şəhərdə görür, çörəyi orda tapır və qeyri-formal yaşayış məntəqələrində, gecəqondularda yaşayırlar. Bu insanları düşünməliyik".Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
bizim.media

10Mənbələr