AZ

Lənkəranda 9 mindən çox abonent işıqsız qalacaq

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Lənkəran şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən məlumat verilib.

Bildirilib ki, mayın 19-da budama işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı hava xəttindən qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 9 saylı hava xəttindən qidalanan ərazilərdə isə saat 14:30-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Qeyd olunub ki, ümumilikdə 9100 abonenti əhatə edən ərazilərdə fasilələr müşahidə ediləcək.

"Sakinlərimizin nəzərə alması xahiş olunur", - məlumatda bildirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
10
cebheinfo.az

10Mənbələr