AZ

9 mindən çox abonentin işığı KƏSİLƏCƏK

Lənkəran şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranıb.

Bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən məlumat verilib.

Bildirilib ki, mayın 19-da budama işləri ilə əlaqədar "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 6 saylı hava xəttindən qidalanan ərazilərdə saat 10:00-dan 13:00-dək, 9 saylı hava xəttindən qidalanan ərazilərdə isə saat 14:30-dan 16:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

Qeyd olunub ki, ümumilikdə 9100 abonenti əhatə edən ərazilərdə fasilələr müşahidə ediləcək.

"Sakinlərimizin nəzərə alması xahiş olunur", - məlumatda bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
10
olaylar.az

10Mənbələr