AZ

Bu gün şəhid Elmir Ağayevin doğum günüdür

Elmir Rasim oğlu Ağayev 19 may 1991-ci ildə Füzuli rayon Horadiz kəndində anadan olub. Füzuli rayon Qayıdış qəsəbəsi 1 saylı tam orta məktəbində təhsil alıb.

QHT.az xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri olan Elmir Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elmir Ağayev 24 noyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elmir Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elmir Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.

Seçilən
3
2
qht.az

10Mənbələr