AZ

6 nəfəri öldürüb, 8 nəfəri yaralayan şəxs həyatına son qoydu Türkiyədə dəhşət

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ötən gün Türkiyənin Mersinin Tarsus və Çamlıyayla rayonlarında faciə baş verib. 

"Unikal" xəbər verir ki, Metin Öztürk adlı şəxs Tarsus və Çamlıyayla rayonlarında keçmiş həyat yoldaşı da daxil olmaqla altı nəfəri öldürüb, səkkiz nəfəri isə yaralayıb. Hadisədən sonra şübhəli qaçaraq gizlənib. 

Lakin bu gün səhər saatlarında jandarma onun yerini müəyyən edib və əməliyyat keçirib. Ünvanda keçirilən əməliyyat zamanı qatil Metin Öztürk tutulmaq üzrə olduğunu anladıqda yanında olan silahla intihar edib.

Mersin Valiliyi şübhəlinin narkotik asılılığı və müxtəlif psixiatrik diaqnozlar tarixçəsinin olduğunu açıqlayıb.  Fakt araşdırılır. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
4
unikal.az

5Mənbələr