AZ

6 nəfəri öldürüb, 8 nəfəri yaralayan şəxs həyatına SON qoydu - Türkiyədə DƏHŞƏT- FOTO

Ötən gün Türkiyənin Mersinin Tarsus və Çamlıyayla rayonlarında qandonduran qətliam baş verib.

Turkustan.az Türkiyə mediasına istinadən xəbər verir ki, Metin Öztürk adlı şəxs Tarsus və Çamlıyayla rayonlarında keçmiş həyat yoldaşı da daxil olmaqla 6 nəfəri öldürüb, 8 nəfəri isə yaralayıb.

Hadisədən sonra şübhəli şəxs qaçaraq gizlənib.

Bu gün səhər saatlarında polis əməkdaşları onun yerini müəyyən edib və əməliyyat keçirib.

Ünvanda keçirilən əməliyyat zamanı qatil Metin Öztürk tutulmaq üzrə olduğunu anladıqda yanında olan silahla intihar edib.

Mersin Valiliyi şübhəlinin narkotik asılılığı və müxtəlif psixiatrik diaqnozlar tarixçəsinin olduğunu açıqlayıb. Fakt araşdırılır.




Bizim.Media

Seçilən
8
4
turkustan.az

5Mənbələr