AZ

Xankəndi şəhər qəbirstanlığının izi tamamilə silinib Elçin Yusubov

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"İşğal dövründə bölgədə yerləşən mədəni və dini abidələr ciddi dağıntılara məruz qalıb. Malıbəyli məscidi qismən dağıdılıb və hazırda məsciddə bərpa işləri aparılmaqdadır. Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı isə tamamilə məhv edilərək izi silinib. Bir sözlə, vandalizm aktları milli, mənəvi və dini dəyərlərdən də yan keçməyib".

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonra şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda təşkil olunan panel müzakirəsində bu fikirləri səsələndirib. Tədbirdə Xankəndi şəhərində, eləcə də Ağdərə rayonu və Xocalı rayonunda həyata keçirilən bərpa, tikinti və yenidənqurma işlərinə həsr edilmiş videoçarx da nümayiş olunub.Postmünaqişə dövründə şəhərsalma, tarixi-mədəni irsin qorunması və bölgədə dayanıqlı yaşayışın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
10
modern.az

10Mənbələr