AZ

Xankəndi şəhər qəbirstanlığının tamamilə izi silinib - Elçin Yusubov

İşğal dövründə bölgədə yerləşən mədəni və dini abidələr ciddi dağıntılara məruz qalıb. Malıbəyli məscidi qismən dağıdılıb və hazırda məsciddə bərpa işləri aparılmaqdadır. Xankəndi şəhərindəki Azərbaycan qəbiristanlığı isə tamamilə məhv edilərək izi silinib. Bir sözlə, vandalizm aktları milli, mənəvi və dini dəyərlərdən də yan keçməyib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, bu fikirləri Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Münaqişədən sonra şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda təşkil olunan panel müzakirəsində səsələndirib.

Tədbirdə Xankəndi şəhərində, eləcə də Ağdərə rayonu və Xocalı rayonunda həyata keçirilən bərpa, tikinti və yenidənqurma işlərinə həsr edilmiş videoçarx da nümayiş olunub.Postmünaqişə dövründə şəhərsalma, tarixi-mədəni irsin qorunması və bölgədə dayanıqlı yaşayışın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat verilib.

Seçilən
3
10
qaziler.az

10Mənbələr