AZ

Hicran Hüseynova: Rayon rəhbərliyi hamıdan yaxşı bilməlidir ki, problemli ailələr hansılardır

"Böyük şəhərdə elə də asan deyil. Amma rayon rəhbərliyi hamıdan yaxşı bilməlidir ki, problemli ailələr hansılardır. Onlar artıq hamı tərəfindən tanınmış ailələrdir. Bu ailələr ayrı-ayrı qurumların nəzarətində olmalıdır. Hansısa ciddi problem olanda təcili formada yardım təşkil olunur. Biz gözləməli deyilik ki, ciddi faciə baş versin və sonra onunla məşğul olmağa başlayaq. Bunu hansısa tək bir qurumun üzərinə atmaq mümkün deyil. Burada hamımızın fəaliyyəti olmalıdır".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı deyib.

"Bu, bir ilin məlumatıdır. 2025-ci ildə qanunvericilikdə nə qədər dəyişiklik etmişik. Mənə ikinci belə ölkə göstərin ki, orada qanunvericilikdə xüsusilə bu məsələlərə aid dəyişikliklər olsun. Tapmarsınız", - deyə komitə sədri bildirib.

Seçilən
1
1
teleqraf.com

3Mənbələr