AZ

İstərdik ki, müəllimlərin sırasında kişilərin sayı artsın Komitə sədri

ain.az bildirir, Unikal.az portalına istinadən.

"Böyük şəhərdə elə də asan deyil. Amma rayon rəhbərliyi hamıdan yaxşı bilməlidir ki, problemli ailələr hansılardır. Onlar artıq hamı tərəfindən tanınmış ailələrdir. Bu ailələr ayrı-ayrı qurumların nəzarətində olmalıdır. Hansısa ciddi problem olanda təcili formada yardım təşkil olunur. Biz gözləməli deyilik ki, ciddi faciə baş versin və sonra onunla məşğul olmağa başlayaq. Bunu hansısa tək bir qurumun üzərinə atmaq mümkün deyil. Burada hamımızın fəaliyyəti olmalıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatının müzakirəsi zamanı deyib.

Hesabatdan danışan komitə sədri bildirib ki, bu, bir ilin məlumatıdır: "2025-ci ildə qanunvericilikdə nə qədər dəyişiklik etmişik. Mənə ikinci belə ölkə göstərin ki, orada qanunvericilikdə xüsusilə bu məsələlərə aid dəyişikliklər olsun. Tapmarsınız".

“Biz istərdik ki, müəllimlərin sırasında kişilərin də sayı artsın. Biz onu da qəşəng bilirik ki, yuxarı pillələrə gələndə daha çox kişiləri görürük, nəinki qadınları. Bunun da bir sıra səbəbləri var. Müəllimlərin professionallığının artması vacib məsələdir. Bizim uşaqlar, auditoriyamız dəyişilib. Bir düymə ilə dünya onların qarşısında olur. Gərək sən elə nüfuzlu olasan ki, o uşağa nəsə öyrədə biləsən”, - H.Hüseynova qeyd edib.

Anar Kəlbiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
unikal.az

3Mənbələr