AZ

​“NATO sizi qorumayacaq” Rusiya Xarici Kəşfiyatı Latviyanı hədələdi

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna hərbi qulluqçuları Latviya ərazisindən Rusiyadakı hədəflərə qarşı dronlar atmağa hazırlaşır. 

“AzPolitika” xəbər verir ki, Rusiya Xarici Kəşfiyyat Xidməti belə bir bəyanatla çıxış edib.

"Alınan məlumata görə, Kiyev Baltikyanı ölkələr tərəfindən Ukrayna Silahlı Qüvvələrinə verilən hava dəhlizlərindən istifadə etməklə məhdudlaşmaq niyyətində deyil. Onlar həmçinin dronları bu dövlətlərin ərazisindən atmağı planlaşdırır", - qurum qeyd edib.

Açıqlamada iddia edilir ki, bu məqsədlə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin şəxsi heyəti Latviyadakı beş hərbi bazaya - Adaji, Selija, Lielvarde, Dauqavpils və Jekabpilsə yerləşdirilib.

Qurum qeyd edib ki, Latviyanın NATO üzvlüyü "terrorçularla əlbirlik edənləri ədalətli cəzadan qorumayacaq": "Latviya ərazisindəki qərar qəbuletmə mərkəzlərinin koordinatları yaxşı məlumdur".

Latviyanın Xarici İşlər naziri Baiba Braze Rusiya kəşfiyyatının açıqlamasını "yalan" adlandırıb: "Latviya Rusiyaya hücumlar üçün hava məkanı təmin ETMİR. Bu, artıq Rusiya nümayəndələrinə bir neçə dəfə izah edilib".

Latviya Prezidenti Edqars Rinkeviçs də “Rusiyanın yalan danışdığını" bəyan edib.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
10
azpolitika.info

10Mənbələr