AZ

Portuqaliya millisinin heyəti açıqlandı

Portuqaliya milli komandasının baş məşqçisi Roberto Martines dünya çempionatının həyəcanla gözlənilən final mərhələsi üçün rəsmi heyəti ictimaiyyətə təqdim edib.

Hakimiyyet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.

Mundialda ölkəsini təmsil edəcək yekun siyahıda 27 ulduz futbolçunun adı yer alıb:

Qapıçılar: Dioqu Koşta (Portu), Joze Sa (Vulverhempton), Rui Silva (Sportinq), Rikardu Velyu (Gənclərbirliyi).

Müdafiəçilər: Dioqu Dalot (Mançester Yunayted), Mateus Nunes (Mançester Siti), Nelson Semedu (Fənərbaxça), Joau Kanselu (Barselona), Nunu Mendeş (PSJ), Qonsalu Inasiu (Sportinq), Renatu Veyqa (Vilyarreal), Ruben Diaş (Mançester Siti), Tomaş Arauju (Benfika).

Yarımmüdafiəçilər: Ruben Neveş (Əl-Hilal), Samuel Koşta (Malyorka), Joau Neveş (PSJ), Vitinya (PSJ), Brunu Fernandeş (Mançester Yunayted), Bernardu Silva (Mançester Siti).

Hücumçular: Joau Feliks (Ən-Nəsr), Fransişku Trinkan (Sportinq), Fransişku Konseysau (Yuventus), Pedru Netu (Çelsi), Rafael Lean (Milan), Qonsalu Gedeş (Real osyedad), Qonsalu Ramuş (PSJ), Kriştianu Ronaldu (Ən-Nəsr).

Siyahının ən diqqətçəkən məqamı isə əfsanəvi Kriştianu Ronaldunun yenidən heyətə cəlb olunmasıdır. 41 yaşlı ulduz hücumçu bu çağırışla karyerasında unikal bir göstəriciyə imza ataraq altıncı dəfə dünya çempionatında iştirak etmək şansı qazanıb. Xatırladaq ki, Ronaldu 2006, 2010, 2014, 2018 və 2022-ci illərdə keçirilən mundiallarda da Portuqaliya formasını qürurla qoruyub.

Portuqaliya yığması bu mötəbər turnirin qrup mərhələsi çərçivəsində DR Konqo, Özbəkistan və Kolumbiya milliləri ilə gərgin mübarizə aparacaq.

Qeyd edək ki, 11 iyun və 19 iyul tarixlərində baş tutacaq bu nəhəng futbol bayramına ABŞ, Kanada və Meksika birlikdə ev sahibliyi edəcək. Ümumilikdə isə dünya çempionluğu uğrunda 48 komanda qüvvəsini sınayacaq.

Seçilən
1
5
hakimiyyet.az

10Mənbələr