AZ

DÇ-2026: Portuqaliya millisinin yekun heyəti bəlli oldu

Futbol üzrə Portuqaliya milli komandasının 2026-cı il dünya çempionatı üçün heyəti bəlli olub.

90deqiqe.Az xəbər verir ki, millinin baş məşqçisi mundialın yekun iştirak ərizəsinə komandanın kapitanı Kriştianu Ronaldunu da daxil edib. Bununla da 41 yaşlı hücumçu karyerasında altıncı dəfə dünya çempionatında iştirak edəcək və yeni rekorda imza atacaq.

Qapıçılar sırasında Dioqu Koşta (“Portu”), Xose Sa (“Vulverhempton”), Rui Silva (“Sportinq”) və Rikardo Velyo yer alıblar.

Müdafiə xəttində Nunu Mendeş (PSJ), Mateuş Nunyeş və Ruben Diaş (“Mançester Siti”), Dioqu Dalot (“Mançester Yunayted”), Nelson Semedu (“Fənərbağça”), Joau Kanselu (“Barselona”), Qonsalu İnasiu (“Sportinq”), Renatu Veyqa (“Vilyarreal”) və Tomaş Arauxu (“Benfika”) qərarlaşıb.

Yarımmüdafiəçilər siyahısına Ruben Neveş (“Əl-Hilal”), Vitinya və Joau Neveş (PSJ), Samu Koşta (“Malyorka”), Brunu Fernandeş (“Mançester Yunayted”) və Bernardu Silva (“Mançester Siti”) daxil edilib.

Hücum xəttində isə Kriştianu Ronaldu və Joau Feliks (“Əl-Nəsr”), Rafael Leau (“Milan”), Franşişku Trinkau (“Sportinq”), Pedru Netu (“Çelsi”), Franşişku Konseysau (“Yuventus”), Qonsalu Gedeş (“Real Sosyedad”) və Qonsalu Ramuş (PSJ) yer alıblar.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Portuqaliya millisi mundialın K qrupunda Özbəkistan, Konqo və Kolumbiya ilə qarşılaşacaq.

Seçilən
0
4
90deqiqe.az

10Mənbələr