AZ

UEFA qadın futbolçuları duş kabinasında gizli çəkən məşqçini ömürlük cəzalandırdı

ain.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

UEFA "Slovatsko" qadın komandasının keçmiş məşqçisi Petr Vlaxovskini duş kabinasında futbolçuları gizli şəkildə videoya çəkdiyinə görə ömürlük futboldan uzaqlaşdırıb.

Moderator.az xəbər verir ki, bu barədə "The Athletic" portalı məlumat yayıb.

UEFA həmçinin FIFA-nı da analoji sanksiyalar tətbiq etməyə və Vlaxovskinin məşqçilik lisenziyasını ləğv etməyə çağırıb.

Xatırladaq ki, aprel ayında "The Athletic" nəşri məşqçinin məşqlərdən və oyunlardan əvvəl, eləcə də sonra paltardəyişmə otaqlarında futbolçuların duş qəbul etməsini və geyinməsini gizli şəkildə lentə aldığı barədə məlumat yaymışdı.

Bildirilib ki, Vlaxovski bunun üçün kürək çantasına yerləşdirilmiş miniatür kameradan istifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
moderator.az

3Mənbələr