AZ

UEFA qadın futbolçuları duş-kabinəsində gizli çəkən məşqçini ömürlük cəzalandırdı

UEFA "Slovatsko" qadın komandasının keçmiş məşqçisi Petr Vlaxovskini duş-kabinəsində futbolçuları gizli şəkildə videoya çəkdiyinə görə ömürlük futboldan uzaqlaşdırıb.Bu barədə "The Athletic" portalı məlumat yayıb.

UEFA həmçinin FIFA-nı da analoji sanksiyalar tətbiq etməyə və Vlaxovskinin məşqçilik lisenziyasını ləğv etməyə çağırıb.

Vlaxovski 14 futbolçunu dörd il ərzində gizli kamera vasitəsilə çəkib. O, kameranı kürək çantasına yerləşdirərək məşq və oyunlardan əvvəl və sonra paltardəyişmə otaqlarında istifadə edib.

 

Seçilən
1
1
anews.az

3Mənbələr