AZ

Si Cinpin: Çin və Rusiya daha ədalətli qlobal idarəetmə sistemi qurmağa çalışmalıdır

BAKI, 20 may. TELEQRAF

Çin Xalq Respublikasının sədri Si Cinpin Pekində Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə Çin və Rusiyanın daha ədalətli və bərabərhüquqlu qlobal idarəetmə sisteminin qurulmasına birgə çalışmalı olduğunu bildirib.

Teleqraf xəbər verir ki, Çin lideri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və aparıcı dünya gücləri kimi Çin və Rusiya uzunmüddətli strateji baxışa sadiq qalmalı olduğunu vurğulayıb.

Si Cinpin qeyd edib ki, tərəflər yüksək keyfiyyətli hərtərəfli strateji əməkdaşlıq vasitəsilə milli inkişaf və dirçəlişi təşviq etməli, eyni zamanda daha ədalətli qlobal idarəetmə sisteminin formalaşdırılmasına töhfə verməlidirlər.

Çin liderinin sözlərinə görə, Pekin və Moskva beynəlxalq münasibətlərdə sabitliyin və bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə fəaliyyətini davam etdirməlidir.

Seçilən
61
8
teleqraf.com

10Mənbələr