Bu gün futbol üzrə Avropa Liqasında (Avroliqa) 2025/2026-cı illər mövsümünün həlledici oyunu – final matçı keçiriləcək.
Arena.az xəbər verir ki, həlledici görüşdə Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları üz-üzə gələcəklər.
Qarşılaşma İstanbuldakı “Beşiktaş Park” stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Oyunu Fransadan olan Fransua Leteksye idarə edəcək.
Qeyd edək ki, Avropa Liqasının sonuncu qalibi İngiltərənin “Tottenhem” komandası olub. Avroliqa tarixinin ən titullu komandası “Sevilya”dır. İspaniya klubu 7 dəfə bu turnirin qalibi olub. İtaliyanın “İnter” və “Yuventus”, İngiltərənin “Tottenhem” və “Liverpul” komandaları isə hərəyə 3 dəfə Avropa Liqasında zəfər yaşayıblar.
Avropa Liqası
20 may
Final
23:00. Frayburq (Almaniya) – Aston Villa (İngiltərə)
Baş hakim: Fransua Leteksye (Fransa).
