AZ

Fərhad Əliyevə yeni vəzifə verildi

Dövlət Statistika Komitəsində (DSK) kadr dəyişikliyi olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifəsindən azad edilib. Digər əmrlə o, Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri təyin olunub. 

Hazırda DSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsi vakantdır.

Xatırladaq ki, Azər Mursaqulov bu ilin fevralında Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Statistika Komitəsinin sədri təyin edilib.

"Cebheinfo.az"

Seçilən
2
10
cebheinfo.az

10Mənbələr