Dövlət Statistika Komitəsində (DSK) kadr dəyişikliyi olub.
Bizim.Media xəbər verir ki, bu barədə DSK sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifəsindən azad edilib. Digər əmrlə o, Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri təyin olunub.
Hazırda DSK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsi vakantdır. ("Yeni Sabah")
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta