AZ

FHN Akademiyasında növbəti praktiki maarifləndirici tədbir keçirilib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.

Bu barədə XQ-yə nazirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) rəisi polkovnik Xaliq Hüseynov, Akademiya rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin əməkdaşları və kursantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Akademiya rəisinin birinci müavini polkovnik Fuad Mehbalıyev görüşün əhəmiyyətindən danışıb, sözügedən tədbirin kursantların hərtərəfli hazırlığına mühüm töhfə verəcəyinə əminlik ifadə edib. Rəis müavini, həmçinin nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının təhsil prosesinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu səpkili görüşlərin kursantların xidmətə hazırlanmasında, onların peşəkar dünyagörüşünün formalaşdırılmasında və operativ qərarvermə bacarıqlarının inkişafında mühüm rol oynayacağını qeyd edib.

Daha sonra çıxış edən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi polkovnik Xaliq Hüseynov qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə hadisələrə çevik reaksiya verilməsini və belə halların nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını həyata keçirir. Həmçinin, bildirilib ki, XRXX zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların müşayiət və mühafizə olunmasını təşkil edən qurumdur.

Tədbirdə kursantlara axtarış-xilasetmə istiqamətində zəruri yanaşmalar və təhlükəsizlik tədbirləri barədə məlumat verilib, xüsusi riskli xilasetmə sahəsi üzrə peşəkar kadr hazırlığının vacibliyi vurğulanıb.

İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
3
xalqqazeti.az

4Mənbələr