AZ

42 yaşlı gəlin toyunda saxlanıldı

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Polşada polis əməkdaşları toy məclisinin ortasında öz anasını döyən 42 yaşlı gəlini birbaşa şənlikdən aparıblar.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə toy süfrəsi arxasında baş verib. Ana ilə qız arasında qəfil başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Gəlin yaşlı anasına bir neçə dəfə zərbə endirib, daha sonra isə onu yerə yıxıb.

Hadisə yerinə gələn polis əməkdaşları vəziyyəti qiymətləndirərək 42 yaşlı qadının ətrafdakılar üçün real təhlükə yaratdığı qənaətinə gəliblər və onu saxlayıblar. Qalmaqal yaradan qadına toy elə gəlin paltarında qandal vurulub və polis bölməsinə aparılıb.

Zərərçəkmiş qadına həkim yardımı göstərilib. Ana ilə qız arasındakı münaqişənin səbəbləri araşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
lent.az

2Mənbələr