Polşada polis əməkdaşları toy məclisinin ortasında öz anasını döyən 42 yaşlı gəlini birbaşa şənlikdən aparıblar.
Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə toy süfrəsi arxasında baş verib. Ana ilə qız arasında qəfil başlayan mübahisə qısa müddətdə davaya çevrilib. Gəlin yaşlı anasına bir neçə dəfə zərbə endirib, daha sonra isə onu yerə yıxıb.
Hadisə yerinə gələn polis əməkdaşları vəziyyəti qiymətləndirərək 42 yaşlı qadının ətrafdakılar üçün real təhlükə yaratdığı qənaətinə gəliblər və onu saxlayıblar. Qalmaqal yaradan qadına toy elə gəlin paltarında qandal vurulub və polis bölməsinə aparılıb.
Zərərçəkmiş qadına həkim yardımı göstərilib. Ana ilə qız arasındakı münaqişənin səbəbləri araşdırılır.