AZ

Bakıda milli geyimlərdə gəzinti-yürüş təşkil olunub

Bu barədə Ajans.az-a QHT Agentliyindən məlumat verilib. "Aksiya Bakı şəhərinin sakinləri və xarici qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb", - məlumatda bildirilib. Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə. Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Qız Qalası - İçərişəhər - Natəvan heykəli - Dənizkənarı Milli Bulvar – Xəqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır.

S. Tahirli WUF13 çərçivəsində və Müstəqillik günü ərəfəsində bu tədbirin təşkilinin xüsusi rəmzi mənasının olduğunu qeyd edib.

Seçilən
1
16
Ajans.az

10Mənbələr