AZ

Bakıda rəngli mənzərə: Azərbaycan xanımları milli geyimlərdə FOTOLAR

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (QHT Agentliyi) və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Bakının mərkəzində bir qrup Azərbaycan xanımlarının milli geyimlərdə gəzinti-yürüşü təşkil edilib.Bizim.Media xəbər verir ki, bu barədə QHT Agentliyindən məlumat verilib."Aksiya Bakı şəhərinin sakinləri və xarici qonaqlar tərəfindən yüksək maraqla qarşılanıb", - məlumatda bildirilib.

 

Mirzə Ələkbər Sabir Fondunun sədri, əsərləri dövlət varidatı elan edilmiş M.Ə. Sabirin nəvəsi Sevda Tahirli bildirib ki, Qız Qalası - İçərişəhər - Natəvan heykəli - Dənizkənarı Milli Bulvar – Xəqani bağı – Fəvvarələr Meydanı – Sabir heykəli marşrutu üzrə davam etmiş gəzinti-yürüşün məqsədi milli irsin tanıdılması, milli geyimlərə, kəlağayılara maraq oyatmaqdır.

S. Tahirli WUF13 çərçivəsində və Müstəqillik günü ərəfəsində bu tədbirin təşkilinin xüsusi rəmzi mənasının olduğunu qeyd edib.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
16
bizim.media

10Mənbələr