AZ

Bakı–Tbilisi qatarları ilə bağlı yeni məlumat

Bakı–Tbilisi qatarlarında hərəkət məhdudiyyətli şəxslər üçün xüsusi şərait yaradılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə vaqonlarda hərəkət məhdudiyyətli sərnişinlər üçün xüsusi kupələr ayrılıb və onların rahat şəkildə qatara minib-düşməsi üçün əlavə texniki imkanlar təmin edilib:

"Yeni qatarlar inklüzivlik prinsipləri nəzərə alınaraq formalaşdırılıb və bütün sərnişinlərin rahat səyahəti üçün uyğunlaşdırılıb", - deyə o qeyd edib.

Seçilən
79
8
ucnoqta.az

9Mənbələr