AZ

Bakı Tbilisi qatarlarında bu şəxslər üçün xüsusi şərait yaradıldı

Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı–Tbilisi qatarlarında hərəkət məhdudiyyətli şəxslər üçün xüsusi şərait yaradılıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə vaqonlarda hərəkət məhdudiyyətli sərnişinlər üçün xüsusi kupələr ayrılıb və onların rahat şəkildə qatara minib-düşməsi üçün əlavə texniki imkanlar təmin edilib:

"Yeni qatarlar inklüzivlik prinsipləri nəzərə alınaraq formalaşdırılıb və bütün sərnişinlərin rahat səyahəti üçün uyğunlaşdırılıb", - deyə o qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
8
unikal.az

9Mənbələr