AZ

Bakı–Tbilisi qatarının sərnişin tutumu 118 nəfərdir - FOTO

Bakı–Tbilisi–Bakı marşrutu üzrə "Azərbaycan Dəmir Yolları" QSC-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək:

"Qatar 1 ədəd “Lüks” sinif, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif, 3 ədəd “Komfort” sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. “Komfort” sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub. Bundan başqa, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər", - deyə o qeyd edib.

Bəxtiyar Hacıyev onu da vurğulayıb ki, İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz edilib:

Seçilən
17
14
aznews.az

10Mənbələr