AZ

Bakı-Tbilisi qatarının sərnişin tutumu 118 nəfərlikdir...



Bakı-Tbilisi qatarının sərnişin tutumu 118 nəfər təşkil edir. Bunu jurnalistlərə Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək və qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək: “Qatar 1 ədəd “Lüks” sinif, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif, 3 ədəd “Komfort” sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. “Komfort” sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub.

Bundan başqa, 1 ədəd qarışıq “Lüks” və “Komfort+” sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər”.

ZÜMRÜD

Seçilən
20
14
baki-xeber.com

10Mənbələr