Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2025/2026-cı illər mövsümünün sonuncu – 27-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Bu görüşlərdən sonra pley-off mərhələsində üz-üzə gələcək komandalar müəyyənləşiblər. Səfərdə “Cəbrayıl”a 3:2 hesabı ilə qalib gələn “Şimal” xallarının sayını 20-yə çatdıraraq 9-cu sıraya yüksəlib. Bununla da komanda sonuncu pillədən qurtularaq çempionatda qalmaq şansını saxlayıb.
Xaçmaz təmsilçisi cari mövsümdə 2-ci Liqanı ikinci sırada başa vurmuş “Qaradağ Lökbatan”la pley-off görüşündə qarşılaşacaq. Bir matçdan ibarət olan qarşılaşmada qələbə qazanan tərəf 2026/2027-ci illər mövsümündə Birinci Liqada çıxış etmək hüququ qazanacaq.
MOİK-lə qarşılaşmış “Difai” isə sonuncu turda rəqibinə 0:4 hesabı ilə uduzaraq turnir cədvəlinin ən axırıncı pilləsinə – 10-cu yerə enib və Birinci Liqanı tərk edib.
Mövsümün sonuncu oyunları mayın 22-də keçiriləcək.
Birinci Liqa
27-ci tur
21 may
MOİK – “Difai” 4:0
Qollar: Mehrac Baxışlı, 2. Solomon Yadom, 24. Seyxan Fərəcov, 79. Balamirzə Soltanov, 89.
Hakimlər: Murad Səlimov, Safalı Ağayev, Məmmədəli Kərimov, Səbuhi Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Binə qəsəbə stadionu, 17:00.
“Cəbrayıl” – “Şimal” 2:3
Qollar: Dileyn Açimi, 29; 55 – Niyazi Osmanov, 56. Nemət Şıxamirov, 64; 77.
Hakimlər: Əkbər Əhmədov, Anar Bədəlov, Elmin Süleymanov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
22 may
“Zaqatala” – “Şəfa”
Hakimlər: Ruslan Quliyev, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Elçin Abdullayev.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Şahdağ Qusar” – “Baku Sportinq”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Taleh Məmmədov, Namiq Bəkirov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 17:00.
“Mingəçevir” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Qəzənfər Məmmədov, Asif Abdullayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 17:00.
