AZ

“Ağdaş” 2026/2027 mövsümündə II Liqada oynayacaq

AFFA-nın Apellyasiya Komitəsinin iclası keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, iclasda II Liqa klublarından “Ağdaş”ın apellyasiya müraciətinə baxılıb. Müraciət klubun 2026/2027 mövsümündə II Liqa yarışlarında iştirak üçün lisenziya ala bilməməsi ilə bağlı olub.

Görüş zamanı komitəyə təqdim edilən əlavə sənədlər də müzakirə edilib.

Müzakirələrdən sonra “Ağdaş” klubuna 2026/2027-ci il mövsümündə II Liqada iştirak etmək üçün lisenziya verilməsi barədə qərar qəbul olunub.

Seçilən
6
2
90deqiqe.az

3Mənbələr