"Qarabağ" və "Sabah" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyunlarını bu gün keçirəcəklər.
"Far.Az"un məlumatına görə, ilk olaraq ölkə çempionu "Sabah" "Turan Tovuz"la qarşılaşacaq.
Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:00-da start götürəcək. Masazır təmsilçisi 75 xalla birinci, bölgə klubu 59 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da başlayacaq. "Köhlən atlar" 66 xalla ikinci, "kimyaçılar" 41 xalla yeddincidir.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.