AZ

Azərbaycan Premyer Liqası: "Sabah" və "Qarabağ" cari mövsümdə sonuncu oyunlarını keçirəcəklər

"Qarabağ" və "Sabah" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyunlarını bu gün keçirəcəklər.

Azreform.info -ın məlumatına görə, ilk olaraq ölkə çempionu "Sabah" "Turan Tovuz"la qarşılaşacaq.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:00-da start götürəcək. Masazır təmsilçisi 75 xalla birinci, bölgə klubu 59 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da başlayacaq. "Köhlən atlar" 66 xalla ikinci, "kimyaçılar" 41 xalla yeddincidir.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.

Seçilən
3
9
azreform.info

10Mənbələr