AZ

Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyunu Şamaxıda keçiriləcək

Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda keçiriləcək pley-off oyununun məkanı və tarixi müəyyənləşib.

"Far.Az"un məlumatına görə, "Şimal" - "Qaradağ Lökbatan" matçı mayın 27-də Şamaxı şəhər stadionunda təşkil olunacaq.

Saat 16:00-da start götürəcək görüşdə VAR sistemi də tətbiq ediləcək.

Xatırladaq ki, "Şimal" cari mövsüm I Liqanı 11-ci, "Qaradağ Lökbatan" isə II Liqanı 2-ci pillədə başa vurub.

Seçilən
13
2
far.az

7Mənbələr